Ofis Ziyarəti “AzEstetik Group” – 21.09.2023

Bu gün baş tutan növbəti ofis ziyarətində partnyorumuz “AzEstetik Group” şirkətinin qonağı olduq. Stomatoloji və kosmetoloji avadanlıqların satışı ilə məşğul olan şirkətin rəhbəri Fariz Məmmədov partnyorları çay süfrəsi ətrafına dəvət edərək öz biznes təcrübələrindən danışdı. Bununla yanaşı o, Marsol Group fəaliyyətləri haqqında öz təəssüratlarını bölüşdü. Görüşün davamında sahibkarlar müəssisənin şourumu gəzərək avadanlıqlarla yaxından tanış oldular.

“AzEstetik Group”, 13 ilə yaxindir ki, yerli bazara ən son texniki tələbatlara cavab verə biləcək stomatoloji və kosmetoloji avadanlıqlar təklif edir. Şirkət həmçinin avadanlıqlar üçün etibarlı servis xidməti də göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Mobil Group
Modern Hosbital
Kapital Bank
Məsləhətçi.az
Envix Print
Azani
Deltatech
Luxury Estate
Ex2door
Saloni