Ofis Ziyarəti “Kovrolin.az” – 07.07.2023

Bugünkü ofis ziyarətimizin ünvanı 2012-ci ildən etibarən Azərbaycan bazarında yer döşəmələri sahəsində kovrolit satışı üzrə fəaliyyət göstərən “Kovrolin.az” şirkəti oldu. Şirkətin təsisçi və direktoru Vahid Hüseynov bizləri çay süfrəsi ətrafında qonaq etdi və şirkətin fəaliyyətləri haqqında partnyorları məlumatlandırdı.

Görüşün davamında Vahid bəyin rəhbərliyi ilə partnyorlarımızla birlikdə müəssisənin şourumunu gəzdik, innovativliyi və uzunömürlülüyü ilə seçilən yer döşəmələri ilə yaxından tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

AEM Elektron
DİFA Consulting
Brandex
Home Guide
Pos.az
BMY Caspian
Başak Group