Ofis Ziyarəti “Lunchef Catering” – 07.07.2023

Bugün növbəti ofis ziyarətimizin ünvanı “Lunchef Catering”şirkəti olub. Şirkətin rəhbəri Nilufər Qarayeva bizləri çay süfrəsi ətrafında qonaq edərək şirkətin ləziz təamlarını təqdim etdi. Ardınca görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və şirkətləri haqqında məlumat verdilər.

Görüşün davamında Nilufər xanım “Lunchef Catering” şirkətinin furşet, kofe-breyk, biznes-lanç kimi xidmətləri haqqında partnyorları məlumatlandırdı. Bununla yanaşı istehsal prosesində istifadə olunan materiallar və üsulları bizimlə bölüşdü.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

SOCAR Petroleum
Shane Academy
Bestline
GST Company
Adıgözəl and TİAK
Baobab
Garanti Group
189 Courier
United Technologies
Arbitro