Bu səhər Pxali Xinkali restoranında partnyorlarımızla birlikdə Business Breakfast görüşümüz baş tutub. Netvörkinqin biznesdəki önəmini bir daha vurğulayaraq partnyorlarımızın bir-birilərilə tanış olmasına vasitəçi olduq. Partnyorlarımız bir-birilərilə tanış olaraq öz fəaliyyətləri haqqında məlumat verib.
Bununla yanaşı görüş çərçivəsində “Azərbaycan Dövlət Reklam Agentliyi”nin Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahirin “Reklam qurğularına texniki tələblər” mövzusunda təlimi baş tutub. Təlimin məzmunu partnyorlarımızın diqqətini cəlb edib və mövzuyla bağlı suallar Elçin bəy tərəfindən cavablandırılıb.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.