Ofis Ziyarəti “Karvan-L” –03.02.2022

Bugün partnyorumuz “Karvan-L” şirkətlər qrupunu ziyarət etdik. Şirkətin icraçı direktoru Rəna xanım bizi çay süfrəsində qonaq etdi. İlk öncə partnyorlarımız bir-birlərilə tanış olaraq şirkətləri haqqında məlumat verdilər. Daha sonra Rəna xanım şirkətin fəaliyyəti və həyata keçirdikləri layihələr haqqında ətraflı məlumat verdi. Rəna xanım yeni tamamlanacaq “Dərbənd” layihəsi haqqında danışdı və “Azpetrol”un bir çox inşaat işlərinin də “Karvan-L” şirkətlər qrupu tərəfindən həyata keçirildiyini vurğuladı. “KARVAN-L” şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən ən iri özəl istehsalat və ticarət müəssisələrindən biridir. Fəaliyyətə 1995-ci ildə kiçik şirkət kimi başlayıb. Hal-hazırda şirkət şüşə və şüşə məhsulları, dizayn və layihələndirmə, tikinti materiallarının istehsalı, metal emalı və xüsusi avadanlıqlar, kimyəvi məhsullar, tullantıların utilizasiyası və təkrar emalı sahəsində fəaliyyət göstərir.

Ən sonda, istehsalatı gəzərək gördükləri işlərlə daha yaxından tanış olduq.

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Ecolife
CK Trading
Agro kimya
Aga Group
Procon izo
Destec Group
İncert
BF Group
Karvan-L
Almet Trading Baku QSC