Business Breakfast “MARSOL Business Club” – 04.02.2022

Sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, fərqli-fərqli sektorlar üzrə qarşılıqlı əməkdaşlıqların və biznes əlaqələrinin qurulması məqsədi ilə reallaşan növbəti “Business Breakfast” görüşümüz “MARSOL Business Club”da baş tutub. Görüş zamanı şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi və biznesə dair bəzi mövzulara toxunuldu. Görüşdə “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım da iştirak edib, fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı. Sonda isə “Marsol” MMC-nin təsisçisi Tural Mustafayev 2020-ci il 20-22 fevral tarixlərində Bakı İdman Sarayında təşkil etdiyimiz “Partners & Business Baku 2020” Yerli Şirkətlərin Tanıtım Sərgisindən video görüntüləri təqdim etdi və növbəti sərgi haqqında partnyorları məlumatlandırdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Bmy Caspian
Your Supply
Zamex
Bravo Texnologiya
Gr Group
Home Gallery
Sahibkarlığın İnkişafı Fondu