Sahibkarların netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil etdiyimiz növbəti “Business Breakfast” görüş bu gün partnyorumuz “Fisincan” restoranında baş tutdu. Şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Daha sonra partnyorumuz, audit, vergi və hüquq xidmətləri sahəsində ixtisaslaşmış “IATC” şirkətinin rəhbəri Ceyhun bəyin təqdimatı gərçəkləşdi. Belə ki, Ceyhun bəy “IATC” şirkətinin əsas fəaliyyət prinsipi audit xidməti, vergi uçotu, mühasibat uçotu, hüquq xidmətləri və vergi xidmətlərindən ibarət olduğunu qeyd etdi. Bu gün şirkətdə bu sahədə yüksək peşəkarlığa və çoxillik təcrübəyə malik mütəxəssislər çalışır.
Bununla yanaşı görüşdə maliyyə, audit və hüquqla bağlı bir sıra məsələlər də müzakirə edildi.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!
Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.
İştirak edən şirkətlər:
İATC
Fuud
Qayo Elektrik
Bimtek
Primex
Xalq Həyat
İşartı
Qolat
Home Gallery
Roses Are Med
Shane Academy
Köynəkçi
Express Logistik
Moon Group
AZRT
Xəyal Media
Autolux
Kapital Bank