Ofis Ziyarəti “Kamiloğlu” – 05.11.2021

Bugün partnyorlarımızla birlikdə mebel sahəsində öz sözünü demiş “Kamiloğlu” şirkətində qonaq olduq. İlk növbədə iştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verdi və yaxından tanış oldular. Daha sonra partnyorumuz “Kamiloğlu” şirkətinin rəhbəri Şamxal bəy gördükləri işlər və şirkətin fəaliyyəti haqqında ətraflı danışdı. Şamxal bəy ofis, otel və ixtisaslaşdırılmış mebellərin istehsalı və satışı ilə məşğul olduqlarını vurğuladı. Bununla yanaşı görüşdə yerli istehsalatla bağlı mövzulara da toxunuldu. Ən sonda isə, istehsalatı gəzərək iş prossesilə daha yaxından tanış olduq və hazırlanan mebellərə yaxından baxış keçirdik.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Saf Chemikal
Okuklu Holding
Zarif_Emin
İcon Pərdə
Kamiloğlu Mebel
Tuna Company
BLUM
GreenWood
MYZiron