Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 05.11.2021

Bu gün Marsol Business Club-da partnyorumuz “Sona Cake House”un təqdimatı ilə “Dəyirmi masa və B2B” görüşümüz baş tutdu. İlk növbədə şirkət rəhbərləri bir-birlərilə tanış oldu və biznesləri haqqında məlumat verdilər. Daha sonra “Sona Cake House”un rəhbəri Sona xanım bizə geniş çeşidli un məmulatları haqqında ətraflı məlumat verərək fəaliyyətlərindən danışdı və hədiyyə olaraq gətirdiyi ləziz şirniyyat məhsullarından partnyorlarla birgə daddıq. Sona xanım sonda MARSOL partnyorlarına xüsusi endirimləri olduğunu da vurğuladı.

Onu da qeyd edək ki, mütəmadi olaraq görüşlərimizdə “Sahibkarlığın İnkişafı Fondu”nun nümayəndələri iştirak edir və partnyorları maarifləndirərək onları maraqlandıran sualları cavablandırırlar. Bu dəfə də “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan xanım görüşdə iştirak edərək, fond haqqında məlumat verdi və fond tərəfindən sahibkarlara təklif edilən güzəştli kreditlərdən danışdı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol
Sahibkarlığın İnkişafına Dəstək Fondu
Gəncə Təndiri
Sona Cake House
F.F.F+N
Az Print
Chai-Khor Restoranı
Zərif
Pak Xalça
Greenmed
İ-Tech Group
Xalq Həyat