Marsol şirkəti qanvermə aksiyası həyata keçirib.

Marsol şirkəti Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində növbəti sosial layihələrindən birinə imza atıb. Belə ki, Talassemiya – irsi qan xəstəliyindən əziyyət çəkən xəstələr üçün qanvermə aksiyası həyata keçirib.

Qanvermə aksiyası Marsol partnyorlarının iştirakı ilə 6 noyabr tarixində Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankında baş tutmuşdur.

İştirak edən sahibkarlar aksiya ilə bağlı öz təəssüratlarını bölüşüblər.

Könüllü olaraq iştirak edən hər kəsə təşəkkür edirik!