Business Breakfast “DineHall Barbecue & Brasserie” – 10.11.2021

Bu gün yeni partnyorumuz olan, öz interyerilə fərqlənən “DineHall” restoranında ilk “Business Breakfast” görüşümüz baş tutdu. Görüşdə partnyorumuz olan xanım sahibkarlar da iştirak etdi və tanışlıqlar baş tutdu. İştirak edən sahibkarlar öz biznesləri haqqında məlumat verdilər. Bununla yanaşı “DineHall” restoranının nümayəndəsi restoran və fəaliyyətləri haqqında məlumat verdi. Ən sonda isə, partnyorumuz “VİTAM” şirkətinin təqdimatı baş tutdu. Belə ki, şirkətin həmtəsisçisi Tehran bəy vitrin stendləri, sərgi stendləri, çöl reklamları, genişformatlı çaplar,yönləndirmələr,dizayn və layihələndirmə xidmətləri haqqında geniş məlumat verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Marsol MMC
158 Taxi
ADRA
Arter
Bakumart
Beauty Sign
Delta Tech
Euroglass Art
Garanti Group
İNCİ
LASSA
Logitrans
Modern Hospital
MR Group
MVC Group
Cleverest Academy ( Qonaq )
Shane Academy
Strix
ThinkWise
Uni Lift
Vibrostone
Vitam
Azestetik
Tech Master
Təndir-Məndir
Shane Qonaq
Prestij Kimya