Ofis Ziyarəti – Green Wood 07.07.2021

Sahibkarlarla birlikdə mebel sahəsində fəaliyyət göstərən partnyorumuz “Green Wood” şirkətində qonaq olduq. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə yaxından tanış olmuş və şirkətləri haqqında məlumat vermişdir. Daha sonra “Green Wood” şirkətinin rəhbəri Fuad bəy fəaliyyətləri və istehsal etdikləri mebel çeşidləri haqqında məlumat vermiş və şourumu gəzdirərək mebellərlə yaxından tanış etmişdir. Bununla yanaşı bu sahədə olan yeniliklərdən danışılmışdır. Sonda isə Fuad bəy MARSOL partnyorlarına endirimləri olacağını vurğulamışdır. Başda Fuad bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Greenwood
Marsol
Zərif İnteryer
Fire Universal
Group
Sirab
Vitam
İcon Pərdə