Business Breakfast “MARSOL Business Club” – 07.07.2021

Bugün partnyorlarımızın iştirakı ilə “MARSOL Business Club”da növbəti görüşümüzü təşkil etdik. Ofisimizdə keçirilmiş görüşdə partnyorlarımız bir-birləri ilə yaxından tanış olub, şirkətləri haqqında ətraflı məlumat veriblər. Görüşdə iştirak edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Bakı və xüsusi zonalar üzrə koordinatorluğu KOB Dostu Elvin Abbasov və Həmid Əsgərov KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb. Bununla yanaşı gömrüklə bağlı mövzuya da toxunulub.

Görüş iştirakçılarına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Arenda.az
Marsol MMC
Garanti Group
Net Elektrik
Slavyanka
Pro Glass
Gate25
KOBİA