Business Breakfast – Atmosphere Lounge 08.07.2021

Bugün xanım sahibkarların da iştirakı ilə partnyorumuz “Atmosphere Lounge”da “Business Brekafast” görüşümüz baş tutdu. Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva da iştirak etmiş və Azərbaycanda qadın sahibkarların fəaliyyətindən danışılmışdır. Partnyorlarımız da bir-birlərilə yaxından tanış olaraq şirkətləri haqqında məlumat vermişdir. Daha sonra, 21 klinika və 13 tibbi mərkəzdən ibarət olan, partnyorumuz “Acıbadem Healthcare Group” klinikalar şəbəkəsinin nümayəndəsi İlahə xanım xidmətləri və fəaliyyətləri barədə partnyorlarımıza ətraflı məlumat verdi və görüşdə iştirak edən partnyorlarımızın klinikailə bağlı suallarını cavablandırdı. Sonda isə, “Qolat Sport Service” şirkətinin rəhbəri Səid bəy, birlikdə təşkil edəcəyimiz “MARSOL Mini Futbol Turniri 2021” haqqında partnyorlarımızı məlumatlandırdı. Turnirin baş tutacağı tarix və şərtləri sahibkarların diqqətinə çatdırdı.

 İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Acıbadem Saglık Grupu
Sabiroğlu MMC
Okuklu Holding
Express Service and Logistics
AİR Travel
Kapital Bank
Family Construction
SM Construction
Eurodoor
İST Servis
Astrech
Silo Construction
Zipato.az (qonaq)
Simurq
Azprint
Aqsia
Kirpi tekstil
Vibrostone
Sevimli dad(qonaq)
Ortorent mmc(qonaq)
HRcell (qonaq)