Business Breakfast “MARSOL Business Club” – 09.07.2021

Bugün “MARSOl Business Club”da xanım sahibkarların da iştirakı ilə növbəti görüşümüz baş tutdu. Görüşdə şirkət rəhbərləri bir-birlərilə yaxından tanış olaraq, şirkətləri haqqında məlumat verdilər. Sonra isə, partnyorumuz “ELKA HOMES” şirkətinin təqdimatı baş tutdu. Şirkətin rəhbəri Aygün xanım fəaliyyətləri haqqında ətraflı məlumat verdi və gördükləri işlərlə bizi yaxından tanış etdi. Daha sonra biznes yazar Nadir Adilovun yeni nəşr olunmuş “Milyonçunun Gündəliyi” kitabını partnyorlarımıza hədiyyə etdik. Onu da qeyd edək ki, bugün həm də “ELKA HOMES” şirkətinin rəhbəri Aygün xanımın doğum günüdür. Ona yeni yaşında uğurlar arzu edirik! Görüş iştirakçılarına təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

FFF+N MMC
Elka Homes
Ecomedi
Ruzi
Prochem
Kovrolin.az
N-Advert
Mood Concept
EVA Business Development Agency
EVA
Marsol MMC