Ofis Ziyarəti “Globus Travel Agency” – 11.08.2021

MARSOL-un silsilə tədbirləri sırasında turizm sektorunda illərdir lider pillələrdə olan  Globus Travel Agency-nin ofisi ziyarət edildi.

Şirkətin rəhbəri Eldəniz bəy Azərbaycanda olan turizm inkişafından danışdı və şirkətin tur paketləri haqqında məlumat verdi.

        Globus Travel 2002-ci ildə təsis olunmuşdur və hazırda ölkədə turizmin bütün sahələrində öndə gedən şirkətlərdən biridir. Şirkət Azərbaycanda olan 5 ofisi və peşəkar heyəti ilə müştərilərinə ən yüksək səviyyədə aviabilet, hotel rezervasiyası, tur-paket, transfer, sığorta, viza dəstəyi də daxil olmaqla, geniş xidmətlər göstərməkdədir.

        Tədbirin sonunda iştirakçılar turizm sektoru ilə bağlı suallar verib, müzakirələr apardılar. MARSOL tərəfdaşlarından olan Fin Plast şirkətinin rəhbəri Füzuli bəy tədbir haqqında öz fikirlərini səsləndirdi.

Başda Eldəniz bəy olmaqla, iştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Onur Plast
Concept Home
Fin Plast
Best Tech
ADRA
De Promo
Nurlu Parfum
Enerji-N
Globus Travel