Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 12.08.2021

Marsol Business Club-da növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutdu. Görüşün bu dəfəki mövzusu “Pandemiyadan sonra hansı sahələr daha çox inkişaf edəcək?” oldu. Bu sual ətrafında tərəfdaşlar müzakirələr aparıb, öz təcrübələrini bölüşdülər.
Tədbirdə yeni partnyorumuz “Tek.az” şirkətinin rəhbəri Kazım bəy idxal etdikləri dondurma və şokolad məhsullarını əyani formada təqdim edib və bu məhsullardan MARSOL ailəsinə də hədiyyə etdi.
Bu dəfəki tədbirin xüsusi qonağı Dövlət Məşğulluq Agentliyinin böyük mütəxəssisi Aqşin bəy oldu. O da öz növbəsində qazilərin məşğulluğuna dəstək məqsədilə başladılan “Məşğulluq Marafonu” haqqında danışdı. Onu da qeyd edək ki, MARSOL və tərəfdaşları da bu marafonun əsas iştirakçılarındandır.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Asstretch
Dövlət Məşğulluq Agentliyi
Sabiroğlu MMC
Tekaz
Lunchef Catering
Bravo IT & Security Systems
Arion Hotel Baku
Nİ Group
Kartpak