Dəyirmi Masa & B2B “MARSOL Business Club” – 11.08.2021

Bu gün MARSOL Business Club-da tərəfdaşlarımızın iştirakı ilə növbəti “Dəyirmi Masa və B2B” görüşümüz baş tutub. Görüşün əsas mövzusu “Pandemiyadan sonra hansı sahələr daha çox inkişaf edəcək?” olub.

Görüşdə iştirak edən tərəfdaşlar mövzu ilə bağlı öz fikirlərini bölüşüb və müzakirələr ediblər.

Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB Dostu departamentinin Bakı və xüsusi zonalar üzrə KOB dostu Anar bəy KOBİA-nın fəaliyyəti haqqında məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıb. İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

BMY Caspian

INNES

EFOR

AgSaray Residence

KOBİA