Ofis Ziyarəti “Flitstok” – 20.10.2022

20 oktyabr tarixində növbəti “Ofis Ziyarətimiz” bu dəfə “Flitstok” şirkətində baş tutdu. Ənənəvi olaraq “Ofis Ziyarətində” iştirak edən sahibkarlar bir-birləri ilə tanış olublar. Daha sonra şirkətin rəhbəri Emin bəy fəaliyyətləri haqqında partnyorlarımıza məlumat verdi. Belə ki, “Flitstok” şirkəti 1999-cu ildən fəaliyyət göstərir və 40-dan çox brendin, xüsusi ilə yağ, yanacaq, hava, separator, hidravlika filtrləri, müxtəlif sürtgü yağları, kimyəvi əlavələr, mobil və stasionar kompressorlar, generator, ölçü cihazları, akkumulyator batareyaları, kəmərlər və s. distributorudur. Bununla yanaşı Emin bəy mühəndis-layihələndirmə işləri, texniki audit və həlləri, HACCP (Risk və kritik nöqtələrin təhlili) sisteminin qurulması, maye və təbii qaz sistemlərinin mühərriklərə quraşdırılması və s. xidmətlərinin olduğunu da qeyd etdi, bu sahədə olan təcrübələrini bölüşdü və istehsal prossesində texniki auditin vacibliyini vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Almet Trading Baku
Helind
Greenwood
MVC Group
İnmotion Trading
Best Tech
MyKart