“Debitorlarla iş” mövzusunda təlim – 21.10.2022

“MARSOL Business Club”da “Debitorlarla iş” mövzusunda təlim

21 oktyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “SAT Group”un təlimçisi Cəlalə Mustafayevanın “Debitorlarla iş” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu. Daha sonra təlim müddətində Cəlalə xanım “Debitorlarla iş” haqqında partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi. Sonda isə “Meslehetci.az” şirkətinin rəhbəri Abbas Orucəliyev öz təqdimatında fəaliyyət istiqamətlərindən danışdı, “sahibkar və mühasib” mövzusunda çıxışı etdi. 

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Asstrech
Sr Broker
Sat Group
İnes Precast
Xəyal Media
De Promo
Dadaşsoy Dizayn
Meslehetchi.az