Ofis Ziyarəti “Business Service Centre” – 20.10.2022

Bu gün partnyorlarımızla birgə “Business Service Centre” şirkətinin yeni ofisində qonaq olduq. Görüşdə iştirak edən qonaqlar bir-birlərilə tanış oldu. Daha sonra şirkətin təsisçisi İkram Mütəllimov fəaliyyətləri və xidmətləri haqqında məlumat verdi. Bununla yanaşı “Business Service Centre”in marketinq direktoru Zaur Mütəllimov və digər əməkdaşları şirkətin yeni xidməti olan “1C yeni ERP holding sistemi”nin təqdimatını etdi. Ardınca “İnvestisiya təşviqi sənədi: vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər” mövzusunda seminar baş tutdu. Sonda isə, sahibkarları maraqlandıran bir sıra mövzularda müzakirələr aparıldı, suallar cavablandı.

Başda İkram bəy olmaqla iştirak edən hər kəsə təşəkkür edir fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sat Group
BHB Media
ERZ Mebel
Azrt
Sabiroğlu
Express Services & Logistics 
Newcond
Pro Con Izo
Kapital Bank
La Liga Lounge Center
All Plast
Envix Print
Euroglass Art
Business Service Centre