Ofis Ziyarəti “Express Services & Logistics” – 16.09.2022

MARSOL partnyorlarımızla birgə “Express Services & Logistics ” şirkətinin qonağı olduq. “Express Services & Logistics”in rəhbəri Anar bəy fəaliyyətləri haqqında ətraflı məlumat verdi, görüşdə iştirak edən partnyorlarımız bir-birilərilə yaxından tanış oldular və öz biznesləri haqqında məlumat verdilər. Daha sonra Anar bəy Çin, Cənubi Koreya, Tayvan, Hindistan və Dubaydan mal ixrac edən bir yük-ekspeditor şirkəti olaraq işə başladıqlarını, hal-hazırda fəaliyyət coğrafiyalarını zamanla test edilmiş tərəfdaşlar və təcrübəli əməkdaşlar şəbəkəsi vasitəsilə genişləndirdiklərini qeyd etdi.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

EngiTech
Brandex
Envix Print
GST Company
Sarp Systems
OneAmz