“Bilinən və bilinməyən cəhətləri ilə planlama” mövzusunda təlim – 16.09.2022

“MARSOL Business Club”da “Bilinən və bilinməyən cəhətləri ilə planlama” təlimi

16 sentyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da Biznes və İdarəetmə üzrə konsultant, “SƏNAYENİLƏNMƏ”, “Nokia”, “Walmart İdarə Edərsə” kitablarının müəllifi Seymur İlyasovun “Bilinən və bilinməyən cəhətləri ilə planlama” mövzusunda növbəti təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Zəfər” kuboku intellektual oyununun təqdimatı edildi. Sonra təlim müddətində Seymur bəy “Planlama” mövzusunda partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi. Ardınca Fleetstock şirkətinin rəhbəri Emin bəy öz təqdimatında Fleetstock şirkətinin fəaliyyət istiqamətlərindən bəhs etdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

S-Enna
Fleetstok
D-IT
Helind
Caucasus Geo Survey
Dekoriza
İnmotion Trading
Asstrech
Ak piping
Hood Academy