Ofis ziyarəti “TUNA” – 16.09.2022

Növbəti ofis ziyarətimizdə “TUNA” şirkətindəyik. Tanışlıqla başlayan görüşümüzdə bizi şirkətin icraçı direktoru Qalib bəy qarşıladı. Əvvəlcə çay süfrəsi ətrafında partnyorlarımız öz fəaliyyətlərindən söhbət açaraq bir-birləri ilə daha yaxından tanış oldular. TUNA şirkəti barəsində Qalib bəy də ətraflı məlumat verdikdən sonra istehsalat sahəsini gəzdik, proseslərlə daha yaxından tanış olduq.

Tuna Printing & Publishing & Packaging Company ( “TUNA” şirkəti) 18 iyun 1998-ci ildə qurulmuşdur. Şirkət hazırda kağız, qablaşdırma və plastik istehsalı sahəsində Azərbaycanın qabaqcıl müəssisələrindən biridir. Qısa müddət ərzində əldə etdiyi nailiyyətlərə, göstərdiyi xidmətlərin keyfiyyətinə və sifarişçilərinin yüksək məmnunluğunu qazanmasına görə Azərbaycanın qabaqcıl firma və təşkilatları arasında layiqli yer tutmuş “TUNA” şirkəti bu sektorda Coca-cola , Azərsun, Mc Donalds, Fab Boya, Best Boya, Sobsan, Bolluq, Milenium, AER, Şirin, Veysəloğlu və başqa lider şirkətlərlə uzun illərdir əməkdaşlıq edir.

İştirak edən hər kəsə təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.

İştirak edən şirkətlər:

Best Bearings
ADRA
ERZ Mebel
Jet Cinema
Novator
Slavyanka
Formag
TİAK
Avtodetal