Ofis Ziyarəti “Evimiz” – 17.08.2023

Partnyor şirkətlərin bir-birilərinin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədilə təşkil etdiyimiz növbəti ziyarətimiz bu dəfə “Evimiz” şirkətində baş tutub. Şirkətin həmtəsisçisi Ceyhun Cəfərov partnyorlarımızla çay süfrəsi ətrafında həmsöhbət olaraq məhsulları və xidmətləri haqqında məlumat verib. Cəfər bəy həmçinin bizə şourum gəzintisində rəhbərlik edərək geniş çeşidli ev əşyaları ilə yaxından tanış edib.

Maraqlı və trenddə olan əşyaların satışı ilə məşğul olan “Evimiz” ölkənin ən böyük ev əşyası mağazalarından biri olması ilə yanaşı, həmçinin, müxtəlif müştəri kateqoriyalarına yönəlik məhsul çeşidliliyi ilə seçilir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Dolma Restoranı
Prive Steak Gallery
Kapital Bank
Marry Me
Hellmann Worldwide Logistics
Evsetra
Sleep & Bed
EFC Terrarium
Storm Building
İcon Pərdə
İşartı
Arch Project