“Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda görüş

Sahibkarlığın İnkişafı Fondu (SİF), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası və Marsol Group-un birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda növbəti görüş keçirilib.

Görüş “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası”nın idarə heyətinin sədri Tural Mustafayevin açılış nitqi ilə başlayıb. Daha sonra Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin Sədri Osman Xaliyev sahibkarları salamlayaraq SİF-in güzəştli kredit tələbləri barədə verilən sualları cavablandırıb. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Həmçinin, görüşdə iştirak edən Marsol Group və Marsol Region partnyorlarının maliyyə ilə bağlı problemləri SİF-in İdarə Heyətinin sədri Osman Xaliyevin diqqətinə çatdırılıb. Görüş çərçivəsində maliyyə problemlərinin həlli istiqamətində geniş müzakirələr baş tutub.