Marsol Business Club “B2B” Görüş – 17.08.2023

Bugün “Marsol Business Club”da sahibkarlar arasında B2B görüş keçirdik. Görüş, biznes sahiblərinə əməkdaşlıq imkanlarını qiymətləndirmək, bir-birilərilə fikir mübadiləsi aparmaq imkanı yaratdı. Sahibkarlar bir-birilərilə tanış olaraq biznesləri haqqında fikir mübadiləsi apardılar. Bununla yanaşı “Marsol+” mobil tətbiqi haqqında təqdimat oldu. Marsol Group-un biznes tərəfdaşları üçün xüsusi olaraq hazırlanmış tətbiq vasitəsilə tərəfdaşlar daha səmərəli biznes əlaqələri qurmaqla yanaşı, əməkdaşlıq üçün potensial biznesləri kəşf edə biləcəklər.