Ofis Ziyarəti “Gens Elektrik”- 17.08.2023

“Gens Elektrik” şirkətində baş tutan ofis ziyarətindən fotoları sizlərə təqdim edirik.

Bugünkü ofis ziyarətimizdə partnyorlarımızı “Gens Elektrik” şirkətində bir araya gətirməklə sahibkarlar arasında daha sıx əməkdaşlıqlar qurmağı hədəflədik. Görüş çərçivəsində çay süfrəsi ətrafında partnyorlarımız arasında yeni tanışlıqlar baş tutub. Şirkətin direktoru Mahir Hüseynov fəaliyyətləri haqqında məlumat verərək sahibkarların suallarını cavablandırıb. Sahibkarlar tanışlıqla yanaşı öz biznes təcrübələrini bölüşərək iş dünyasında uğurlu olmaq üçün mühüm olan əlaqələri daha da gücləndirmək imkanı yaradıblar. Daha sonra Mahir bəyin rəhbərliyi ilə şourum gəzintisi edərək generatorlar, qaynaq avadanlıqları və digər məhsullarla yaxından tanış olduq.

Marsol Group partnyoru olan “Gens Elektrik” şirkəti qısa zaman ərzində yeni texnologiyaları Azərbaycana gətirib sənayemizi keyfiyyətli məhsullarla təmin etmişdir. “Gens Elektrik”in nəzdində fəaliyyət göstərən “GENS SERVİS”, “GENS PANO”, “GENS ELEKTRİK LAHİYƏLƏNDİRMƏ” bütün növ dizel generatorların, avtokarların, qaynaq aparatlarının təmiri və sazlanması xidməti göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğular arzulayırıq!

İştirak edən şirkətlər:

Zarif Emin İnteriors
R.İ.V Steal Construction
İnox
Caspian Express Co
ArchiCO Academy
Logitrans