Ofis Ziyarəti “Birgə və Sağlam İctimai Birliyi” – 18.10.2022

Bu gün partnyorlarımızla birlikdə, sosial tərəfdaşımız olan “Birgə və Sağlam İctimai Birliyi”nin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzini növbəti dəfə ziyarət etdik və “Kashalata” kafesində qonaq olduq. İctimai Birliyin rəhbəri Aytən xanım mərkəz haqqında partnyorlarımıza ətraflı məlumat verdi və təşkil olunan dərs prosedurları ilə yaxından tanış etdi. Autizmli uşaqlarla birlikdə vaxt keçirərək onlarla maraqlı söhbətlər etdik. Daha sonra onların musiqili çıxışlarını izlədik. Sonda isə xatirə şəkli çəkdirdik.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Azprint
Garanti Group
Xəyal Media
GV Estetik
Blum