Ofis Ziyarəti “Əncir Restoranı” – 18.10.2022

18 oktyabr tarixində sahibkarlarla birgə partnyorumuz “Əncir” restoranında qonaq olduq. Restoranlar şəbəkəsinin rəhbəri Zaur Orucov bizi qarşıladı. Çay süfrəsi ətrafında tanışlıqlar oldu və B2B əlaqələr daha da möhkəmləndi. Daha sonra Zaur bəy rəhbəri olduğu restoranlar şəbəkəsi haqqında məlumat verdi. Belə ki, şəbəkəyə  “Dolma”, “Əncir”, “Fisincan”, “Mamamery”, “Palma” restoranları daxildir. Restoranlar, milli, avropa, gürcü və qarışıq dünya mətbəxinin yeməkləri əsasında fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Unilift
Marryme
LV Logistics
“Orvita” Psixoloji və Reabilitasiya Mərkəzi
İcon Pərdə Dizayn
Zarif İnterior
iTech
Əncir
SME
MyKart