Ofis Ziyarəti “Hanoğlu Baklava & Lokum” – 18.10.2022

18 oktyabr tarixində partnyorlarımızla birlikdə növbəti ofis ziyarətimiz “Hanoğlu Baklava & Lokum”da baş tutdu. Görüşdə həm partnyorlarımız bir-birlərilə tanış oldu, həm də, ləziz türk paxlavalarından daddıq. “Hanoğlu Baklava & Lokum”un həm də partnyorumuz “Qanun Mühasibatlıq Xidmətləri”nin rəhbəri Xanoğlan Ramazanov fəaliyyətləri və şirniyyat məhsulları haqqında ətraflı məlumat verdi. Daha sonra partnyorumuz “Köynəkçi” şirkətinin mağazasına üz tutduq. Oradaki məhsullarla yaxından tanış olduq. Sonda isə, “Köynəkçi”nin rəhbəri Elnur Həsənov qonaqlara öz məhsullarından hədiyyə etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Flame Tour
Ağ Saray
Köynəkçi
Abşeron Logistika Mərkəzi
Saloni
S-Enna
BF Home
Vibrostone
Nano
Beynəlxalq Təhsil Mərkəzi
Baycan
Hanoğlu Baklava & Lokum
Qanun Mühasibatlıq