Business Breakfast “La Terrace” – 18.10.2022

Növbəti “Business Breakfast” görüşümüz “Sharaf Media” şirkətinin təqdimatı ilə “La Terrace” restoranında baş tutdu.

 Partnyorlarımız və qonaqlarımız səmimi mühitdə bir-birlərinin fəaliyyətləri ilə daha yaxından tanış oldular. Dəvət olunan qonaqların iştirakı tədbirə daha da rəng qatdı. Görüşdə “Azərbaycan Sahibkarlar Konfederasiyası”nın vitse-prezidenti Vüqar Zeynalov, KOBİA-nın Analitika və koordinasiya şöbəsinin rəhbəri Nicat Əlizadə, “Sahibkarlığın İnkişafı Fondu” Sahibkarlarla və müvəkkil kredit təşkilatı ilə iş şöbəsindən Selcan Sərdarlı və “Azərbaycan Dövlət Reklam Agentliyi”nin Strateji İnkişaf və Kommunikasiya Şöbəsinin Müdiri Elçin bəy  iştirak etdi. Sahibkarları maraqlandıran bir sıra mövzularda müzakirələr aparıldı, suallar cavablandı.

Görüşün sonunda “Sharaf Media” şirkətinin rəhbəri Sərxan bəy təqdimat edərək “Marketinq büdcəsinin effektiv idarə olunması” mövzusunda öz təcrübəsini bölüşdü.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Naxış.az
Panorama Hotel
Billur
One Smart Star
Əmrahoğlu
Globus Travel
KOBİA
Finivo Project
İnnes
Sharaf Media
Moon Group
Kababçı Restoranı
Texno Gallery
Maurrra Group
Rota Group
Omax Group
RİF Mebel
Qayo
Bona Mente
A Trading
Abşeron TMM
Zərif Zərgər
ADRA
SİF
Luccky Office Support
FFF+N
Home Guide
World Karyera və Peşə Mərkəzi
Bestline
Green Motors