“Satışın addımları” mövzusunda təlim – 14.10.2022

“MARSOL Business Club”da “Satışın addımları” mövzusunda təlim

14 oktyabr tarixində “Marsol” MMC-nin nəzdində fəaliyyət göstərən “Karyera və İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə “MARSOL Business Club”da “Gobustone” şirkətinin satış və marketinq direktoru Sarvan Aslanovun “Satışın addımları” mövzusunda təlimi baş tutdu. Əvvəlcə təlimdə iştirak edən partnyorlarımız arasında tanışlıq oldu və “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş şirkətlərarası “Zəfər” kuboku intellektual oyununun təqdimatı edildi. Sonra təlim müddətində Sarvan bəy “Satışın addımları” haqqında partnyorlarımızı məlumatlandırdı və faydalı tövsiyələr verdi.

“Karyera və İnkişaf Mərkəzi”nin məqsədi qlobal və müasir dünyada qəbul edilən ən yüksək standartlara malik, trendləri özündə cəmləşdirən keyfiyyətli təlimləri ilə MARSOL partnyorlarının davamlı inkişafını təmin etməkdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Banu Bağça
Mobile
MyCart
Çoban.az
Express Services & Logistics
Sis Collection
Zəhra Klinikası
ALL Promotion
Tins.az
İvento
Gobustone