Bugün sahibkarlarla birlikdə partnyorumuz olan Aqua Style şirkətinin ofisini ziyarət etdik. Şirkətin rəhbəri Hüseyn bəy bizi satdıqları məhsullarla tanış etdi və şirkət fəaliyyəti haqqında ətraflı məlumat verdi. Sonda isə çay süfrəsində qonaq olduq və partnyirlarımız da öz işləri haqqında məlumat verdilər.

Aqua Style şirkəti hovuz, sauna və fəvvarələrin inşası, hovuz avadanlıqlarının gətirilməsi və quraşdırılması, hər növ izolyasiya və fasad işlərinin görülməsi və hovuz servis xidmətlərini həyata keçirir. 1999-cu ildən xidmət sahəsində fəaliyyət göstərməkdədir. Şirkətin işlədiyi markalar bunlardır: Astral pool, Gemaş, Nozbart və Ardex. Bundan əlavə, 60 ildən artıq fəaliyyət tarixçəsi, 50-dən çox ölkədə 39 filialı və 2000 işçisi olan Ardex şirkətinin Azərbaycandakı təmsilçisidir.

Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.

Görüş iştirakçıları:

Aqua Style

Atlas Mühəndislik

Eurodoor