Onlayn Görüş – İnci Psixoloji Reablitasiya Mərkəzi

24 iyul tarixində qadın sahibkarların da iştirakı ilə, növbəti onlayn görüşümüz baş tutdu. Vebinarda “İnci Psixoloji Reablitasiya Mərkəzi”nin təqdimatı baş tutdu. Şirkətin rəhbəri Ramidə xanım bizə mərkəz haqqında ətraflı məlumat verdi, nitq və psixologiya haqqında maraqlı mövzulara toxunuldu. Partnyorlarımız da öz növbəsində bir-birləri tanış oldular və şirkətləri haqqında qısa məlumat verdilər. Bununla yanaşı partnyorlarımız bu tip görüşlərin fayadasını və nə qədər əhəmiyyətli olduğunu da vurğuladılar. Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, işlərində müvəffəqiyyətlər arzulayırıq.

İnci Psixoloji Reablitasiya Mərkəzinin göstərdiyi xidmətlər:

Uşaq və yeniyetmələrdə – özünəqapanma, aqressiya, davranış pozuntusu, qardaş-bacı qısqanclığı, şiddətə meyillilik, təlimdə geriləmə və s;

Diqqət əksikliyi, Hiperaktivlik Sindromu, Autizm, Mutizm, Daun Sindromu, Psixi inkişaf ləngiməsi (PİL), Əqli gerilik, Uşaq Serebral İflici (USİ), Abiturientlərlə psixoloji iş, Ailə psixoterapiyası, Psixoloji Qrup terapiyası, Loqopedik məşğələlər; Dislaliya, Disqrafiya, Alaliya, Disleksiya probleminin aradan qaldırılması, Xüsusi KƏKƏLƏMƏ proqramı, Refleksoloji massaj, Duyğu bütünləmə terapiyası, Müalicəvi idman proqramı, Müalicəvi və bədii gimnastika, ART terapiya, Abiturient hazırlığı, Dil kursları.

Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası həyata keçirilir. Psixoloq, loqoped, pedaqoq, idman, refleksoloq, duyğu bütünləmə bu proqrama aiddir.

Mərkəzdə seminar, treninq və iş görüşmələri üçün nəzərdə tutulan böyük akt zalı xidmət göstərir.

Görüş iştirakçıları:

İnci Psixoloji Mərkəzi
Logitrans
Feram Group
Vəlioğlu -2018 MMC
Azerlex
Promo Plus MMC
Finplast
Flex Group
Lunchef Catering
Stampel