Partnyorlarımızla növbəti onlayn görüşümüz baş tutdu. Bu dəfəki görüşümüzdə də partnyorlarımız öz şirkətləri haqqında qısa məlumat verdilər və yaxından tanış oldular. Sonda isə partnyorumuz “İdeal Dizayn”ın təqdimatı oldu. Qədir bəy məhsulları və fəaliyyətləri haqqında ətraflı məlumat verdi və MARSOL partnyorlarına endirimləri olacağını qeyd etdi. Görüşdə iştirak edən hərkəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq.

Azərbaycan bazarında 20 ilə yaxın bir təcrübəyə sahib olan İDEAL DİZAYN markası – ofis mebeli və layihələr əsasında müxtəlif sahələr üzrə interyer həlləri təqdim edir. İDEAL DİZAYN-ın missiyası dünyadakı texnoloji yenilikləri izləyərək, tərəfdaşlıq çərçivəsində bütün müştərilərinə tam konseptual həllər verib, onların biznesinə dəstək verməkdir, məqsədi isə müştərilərin keyfiyyətlə, zövqlə, komfortla bağlı gözləntilərini artıqlamasıyla reallaşdıraraq, eyni zamanda müştərilərin qiymət seçimi üçün ən uyğun alternativ verməkdir.

Görüş iştirakçıları:

İdeal Dizayn
BLG
MR Group
Caravan Group
Elar Park
İnnes
AS Reklam
N-1 Tədris Mərkəzi
Halal-P
Billur MS MMC

This will close in 0 seconds