Ofis Ziyarəti “Abşeron Logistika Mərkəzi” MMC – 31.08.2022

Bu gün Azərbaycanda inteqrasiyaya sahib ilk özəl logistik mərkəz olan, partnyorumuz “Abşeron Logistika Mərkəzi”nin qonağı olduq. Görüşdə İdxal və ixracla əlaqəli mövzulardan söhbət açıldı. “Abşeron Logistika Mərkəzi” Biznes ve satış şöbəsinin rəhbəri Mayıs bəy mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verdi və tanışlıqlar oldu. Mais bəy “3PL” (beynəlxalq daşınma, ölkə daxili çatdırılma, anbar xidmətləri və gömrük brokerliyi) xidmətləri haqqında geniş məlumat verərək partnyorlarımızın suallarını cavablandırdı. Həmçinin Beynəlxalq daşımalar Departamentinin rəhbəri Nicat bəy və Daxili daşımalar departamentinin rəhbəri Fuad bəy fəaliyyətləri ilə bağlı partnyorlarımızı maraqlandıran sualları cavablandırdı. Daha sonra partnyorlarımızla birlikdə logistika mərkəzinin anbarı ilə yaxından tanış olduq. Anbar və yüklərin saxlanması ilə bağlı bizə ətraflı məlumat verildi.

Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, anbar, nəqliyyat və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sabiroğlu
Karvan-l
Texno Gallery
Bravotech
Polisan
Caspian Energy Group
Kapital bank
Moon Group
Caspian Cable Systems
Caspian Textile
Rasmar
BF Group
Azərtex Servis
Baycan
S-Enna
BHB Media
Abseron tikinti bazarı
Green Motors
Fire Universal Group
Office pro
Prime audit
Catering Baku