Ofis Ziyarəti “Feram group” MMC – 30.08.2022

Bu gün partnyorlarla birgə növbəti “Ofis Ziyarəti”miz “Feram Group” şirkətində baş tutdu.

Bizi şirkətin rəhbəri Fəxri bəy qarşıladı. Tanışlıq olduqdan sonra istehsal etdikləri qida məsulları və “Nastep” şirkəti haqqında məlumat verdi.

“Feram Group” 2007-ci ildən dünyanın bir çox regionunda, insan fəaliyyətinin müxtəlif sahələrində, eko təmizləmə və bio-gigiyena texnologiyalarını uğurla tətbiq edir. Şəxsi gigiyenadan ev təmizliyinə, kənd təsərrüfatından səhiyyəyə, su hövzələrindən qida müəssisələrinə, dezinfeksiyadan cleaning-ə qədər müxtəlif sahələrdə istifadə olunan 250-dən çox ekoloji təmiz məhsul və bu sahələrə yönəlik bio texnologiyalara malikdir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ak piping Materials MMC
Emobile
Dəmirağac engineering
Sofistico
N-advert
Ağ Saray Residence
Flitstok
Azdizayn Qrup