Ofis ziyarəti “Abşeron Tikinti Materialları Mərkəzi” – 31.08.2022

Bu günün növbəti ofis ziyarəti “Abşeron Tikinti Materialları Mərkəzi”ndə baş tutdu. Geniş və müasir infrastruktura malik yeni yaradılmış mərkəzin rəhbəri Anar bəy fəaliyyətləri haqqında partnyorlarımızı məlumatlandırdı. Müəssisə gəzintisi edərək sərgilənən tikinti materialları ilə daha yaxından tanış oluq.

Abşeron Tikinti Materialları Mərkəzi Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 255 ha əraziyə malik Qafqazın ən böyük tikinti materialları bazarıdır. Mərkəzin yaranmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətlərini bir yerdə toplamaq, şəhərdəki sıxlığın aradan qaldırılması və böyük müştəri kütləsini bir mərkəzdə cəmləşdirməkdir. ATMM vətəndaşların tikinti işləri ilə bağlı ehtiyaclarını qarşılayacaq bütün növ inşaat materiallarının satışını həyata keçirir. Mərkəz qapalı, açıq, yarımqapalı, eyni zamanda anbarlarla təchiz olunmuş yerlərin və ərazilərin icarə və satışını həyata keçirir.

Mərkəz bu ilin sentyabr ayında rəsmi açılışla müştərilərin tam xidmətində olacaq. Gələcəkdə müştərilərin rahatlığını təmin etmək məqsədilə ərazidə avtodayanacaq, otel, bank və gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşası da planlaşdırılır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Sabiroğlu

Karvan-l

Texno Gallery

Bravotech

Polisan

Caspian Energy Group

Kapital bank

Moon Group

Caspian Cable Systems

Caspian Textile

Rasmar

BF Group

Azərtex Servis

Baycan

S-Enna

BHB Media

Abseron tikinti bazarı

Green Motors

Fire Universal Group

Office pro

Prime audit

Catering Baku