Günün 2-ci ofis ziyarəti partnyorumuz One Smart Star şirkətində baş tutmuşdur. 2010-cu ildən etibarən Azərbaycanda fəaliyyətə başlayan One Smart Star şirkəti dünyada sürətlə yayılan, korporativ müştərilərə özlərini rəqiblərindən fərqləndirməkdə kömək edən, şirkətin bütün əlaqə məlumatlarını tək, sadə və asan yadda qalan ulduzlu nömrədə cəm edən yeni qabaqcıl texnologiyanı təqdim edir. Bu xidmət istənilən telekommunikasiya sistemində (əlavə xidmət qismində) işləyir. One Smart Star nömrəsi şirkətin markasını daha da gücləndirərək, ulduz (*) və dörd rəqəmdən ibarət qısa rabitə çıxışı imkanlarını artırır. Müştərilər sadəcə ulduz (*) işarəsini və dörd rəqəmli İdentifikasiya kodunu daxil etməklə, Sizinlə əlaqə yaratmaq imkanı əldə edirlər. Bu nömrənin yadda saxlanılması asan, istifadəsi isə çox sadədir.
Bizdə partnyorlarımızla birlikdə baş tutan ofis ziyarətində, One Smart Star şirkətinin xidmətləri ilə daha yaxından tanış olduq.

Bizi qonaq etdiyi üçün şirkət rəhbərliyinə və görüşdə iştirak edən partnyorlarımıza təşəkkürümüzü bildirir, işlərində uğurlar arzu edirik.

Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.


Görüş iştirakçıları:

Şəms Tərcümə
Kapital Bank
Fenstar MMC
Qardaşlar Mebel
Zirvə Liseyi
Deltatech