Dünən partnyorumuz Compel şirkətinin ofisini ziyarət etdik. Satdıqları məhsullarla yaxından tanış olduq və çay süfrəsində maraqlı müzakirələr etdik. Bizi qonaq etdiyi üçün Compel rəhbərliyinə təşəkkür edir və işlərində uğurlar arzu edirik! 😊

Compel şirkəti İT sahəsində aşağıdakı məhsul və xidmətləri müştərilərinə təklif edir.

•              HP, Canon, Dell, Asus, Acer, Zebra, Xprinter, Datalogic, Kingston, Crucial, Xioami, Samsung İT və ofis texnikalarının satışı;

•              Hüquqi və fiziki şəxslər üçün İT texniki dəstək (İT və ofis texnikalarının texniki dəstəyi);

•              Video-müşahidə kameralarının, təhlükəsizlik sistemlərinin, video/audio konfransların, keçid sistemlərinin, LAN/WAN/Wi-Fi sistemlərinin təchizatı, quraşdırılması və sonrakı texniki qulluq dəstəyi;

•              İT, enerji, şəbəkə və infrastruktur sistemləri üzrə konsultasiya xidmətlərinin aparılması;

•              Şəbəkə sistemlərinin quraşdırılması və texniki dəstək xidmətinin aparılması;

•              Dünya istehsalçı lisenziyalı  proqram təminatlarının təchizatı, quraşdırılması və sonrakı texniki qulluq dəstəyi;

•              Web-sayt dizaynı.