Bugün birinci ofis və istehsalat ziyarətimiz Sumqayıtda yerləşən, partnyorumuz Fin-Plast şirkətinə təşkil edilmişdir. Azərbaycanın qabaqcıl çap, qablaşdırma və polietilen paket istehsalçısı “Fin-Plast” şirkəti, 1998-ci ildə Sumqayıt şəhərində qurulmuş və son 20 il ərzində istehsal fəaliyyətini çox fərqli sahələrdə genişləndirmişdir. Müəssisə qida paketləri, polietilen örtüklər, polietilen kisələr və müxtəlif polietilen məmulatların istehsalı ilə  müştərilərə xidmət edən istehsalçı şirkətdir. Partnyorlarımızla birlikdə iştirak etdiyimiz görüşdə tanışlıqlar, maraqlı söhbətlər və istehsalatla yaxından tanış olmaq imkanı yaranmışdır.

Bizə vaxt ayırıb istehsalatla yaxından tanış etdiyi üçün Fizuli bəyə və iştirak edən partnyorlarımıza minnətdarlığımızı bildiririk. 😊

Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.

Görüş iştirakçıları:

Vibrastone
Sirab
Qayo Elektrik
Sika LLC
ABV
Azani Tekstil
Moon Group
İslamoğlu