Günün 2-ci ofis ziyarəti partnyorumuz Mesa Group şirkətinə təşkil edilmişdir. «Mesa Group» şirkəti «Plexr», «Mantis», «Coolifting», «Hironic», «SonoScape, «Laserconn», «Toplaser», «Callegari», «Thuzzle», «Kalamed», «Vecron» və digər bu kimi estetik və tibbi cihazların istehsalı ilə məşğul olan dünya nəhənglərinin Azərbaycandakı rəsmi distribütoru və təmsilçisidir. Artıq yeddinci ildir ki, şirkət olaraq bütün MDB ölkələrində böyük korporativ müştəri, mərkəz və klinikaları servis xidmətləri və cihazlarla ən yüksək səviyyədə təmin edir. Məhsulları ən yeni və ön texnologiyalar əsasında hazırlanmış, peşəkar mütəxəssislər üçün olduğu kimi, yeni başlayan dermatologlar üçün də nəzərdə tutulmuş istifadəyə rahat cihazlardır.

Görüşdə partnyorumuz olan qadın sahibkarlarda iştirak etmiş, həm bir-biri ilə, həm də, Mesa Group şirkəti ilə daha yaxından tanış olmuşdur.


Başda Mesa Group şirkətinin rəhbəri Məftun Xəlilov olmaqla, iştirak edən hər kəsə təşəkkürümüzü bildirir və işlərində uğurlar arzu edirik.
Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.


Görüş iştirakçıları:

Tay CHİ Matrix
Fenerbahçe
Firavan
FFF+N
İslamoğlu Un Məmulatları
Design Street
Mesa Group