Bugün partnyorlarımızla birlikdə Delta Tech-in ofisinə ziyarətimiz baş tutmuşdur.

Partnyorumuz “Delta Tech” MMC 2004-cü ildən çap avadanlıqları (printer və surətçıxarma aparatları) üçün ehtiyat hissələri və sərfiyyat mallarının (kartriclər) topdan və pərakəndə satışı, həmçinin dolum, bərpa və təmiri ilə məşğuldur. Partnyorlarımız da görüş zamanı Delta Tech-in məhsulları və xidmətləri ilə daha yaxından tanış oldular.

Başda Delta Tech şirkətinin rəhbəri Faiq bəy olmaqla, iştirak edən hər kəsə təşəkkürümüzü bildirir və işlərində uğurlar arzu edirik.

Görüşdə profilaktik qaydalara riayət edilmiş və sosial məsafə saxlanılmışdır.

Görüş iştirakçıları:

Pərdəçi
N-Advert
Feram Group
Dekoriza
Logitrans
Caraban Group