Ofis Ziyarəti “Zahra Clinic” – 18.01.2024

Bu gün üçün nəzərdə tutduğumuz növbəti fəaliyyətimiz “Ofis Ziyarəti” çərçivəsində “Zahra Clinic”də baş tutdu.

Geniş çeşiddə tibbi xidmətlər təqdim edən “Zahra Clinic”in fəaliyyətləri ilə tanış olmaq üçün partnyorlarımızı bir araya gətirdik. Klinikanın direktoru Fərid Hüseyn “Zahra Clinic”in geniş spektrli xidmətlərindən danışdı, həm gənclər, həm də yaşlılar üçün əzələ-skelet sistemi problemlərinin müalicəsi, psixoloji problemlər, reabilitasiya proqramları və ozonoterapiya xidməti ilə iştirakçıları tanış etdi.

Sahibkarlar üçün maarifləndirici təqdimatdan sonra klinikada ekskursiya baş tutdu. Müxtəlif xidmətlərin gerçəkləşdirildiyi zal və otaqlarla yaxından tanış olduq. Bununla yanaşı, təşkil olunan çay süfrəsi ətrafında partnyorlarımız səmimi mühitdə öz şirkətləri haqqında məlumat verdilər.

Sonda “Zahra Clinic” tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olundu.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds