İşgüzar Səhər Yeməyi “Başkent” – 18.01.2024

Bu dəfə “İşgüzar Səhər Yeməyi” çərçivəsində 30-a yaxın partnyorumuzu “Başkent” restoranına dəvət etdik.

Görüş çərçivəsində partnyorlarımıza Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verildi, müzakirələr aparıldı.

Dövlət qurumlarından Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov və Sahibkarlığın İnkişafı Fondunun Partnyorlarla iş şöbəsinin böyük mütəxəssisi Həbibə Paşayeva iştirak edərək sahibkarlarla həmsöhbət olub B2G formatında dialoqlar baş tutub.

Görüşün davamında gənclər üçün sahibkarlıq dərsləri, fəlsəfə proqramı, müxtəlif sosyal fəaliyyətlər eləcə də zəka oyunlarını özündə cəmləşdirən “Marsol Development Center”in təqdimatı baş tutub. Təqdimat çərçivəsində “Planlı gələcək: şəxsi inkişaf, təhsil və karyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

Qeyd edək ki, “Gələcəyin sahibkarları” layihəsinin iştirakçıları da tədbirə qatılaraq partnyorlarımızla həmsöhbət olmaq və sahibkarlıq prosesinə dair sualları onlara ünvanlamaq imkanı əldə ediblər.

Sonda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Baku Stone Factory
Kartpak
A.ASASH Construction
Ledior
Pan Coffee
Shams Group
Brain of Construction
Başkent
Çapar Group
Silo Construction
MDC
İST Services
Best Bearings Company
BF Group
Crea
Evsetra
Express Services and Logistics
Social Lab
SİF
One Smart Star
166 Yükdaşıma və Logistika
Azestetik
Yekaco
Master Cleaning
Muffin Pustry
KOBİA