Ofis Ziyarəti “Euroglass Art” – 21.09.2023

Bugün sahibkarları qapı-pəncərə məhsullarının emalatı və quraşdırılması sahəsində ölkədə şirkətlər arasında aparıcı yerlərdən birinə sahib olan partnyorumuz “Euroglass Art” şirkətinə dəvət etdik. Şirkətin rəhbəri Rəxşan Əhmədov bizləri çay süfrəsi ətrafında qonaq edərək fəaliyyətləri və təcrübələri haqqında məlumat verdi. Daha sonra Rəxşan bəy sahibkarların şirkətin fəaliyyəti haqqında verdikləri sualları cavablandırdı. Həmçinin partnyorlar şirkət haqqında məlumat əldə edərək təklif olunan xidmətlərlə bağlı öz təəssüratlarını bölüşdülər. Görüşün davamında partnyorlarımız şourumu gəzib, məhsullarla daha yaxından tanış olmaq imkanı əldə etdilər.

Nəzərinizə çatdıraq ki, “EuroGlassArt” Azərbaycan bazarında aluminium cəbhə, müxtəlif PVC qapı-pəncərə sistemləri, cam balkon və digər şüşə istehsalı məhsullarının emalatı və quraşdırılması sahəsində fəaliyyət göstərir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyələrində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Kovrolin.az
ABV
Sultanoglu Bearing
Express Services & Logistics
EMAZ
Vibrostone
Marxal Resort & Spa