“Kommunal xidmətlərdən istifadə ilə bağlı mövcud problemlər” mövzusunda tədbir

Bugün “Bakı KOB evi”ndə İqtisadiyyat Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, “Azərişıq” ASC, “Azəriqaz” İB, “Azərsu” ASC, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının nümayəndələrinin iştirakı ilə “Kommunal xidmətlərdən istifadə ilə bağlı mövcud problemlər” mövzusunda görüş keçirilib.

Sahibkarların kommunal xidmətlərlə bağlı müəyyən problemlərini öyrənmək və problemlərə aydınlıq gətirmək məqsədilə nümayəndələr mövzu çərçivəsində verilən sualları cavablandırıblar.

Həmçinin, Marsol Group partnyoru olan sahibkarlar da iştirak edərək kommunal xidmətlərlə bağlı problemlər haqqında baş tutan müzakirələrdə həmsöhbət olublar.