Ofis və istehsalat ziyarəti “BF Group” – 27.07.2023

Partnyorlar arasında qarşılıqlı əlaqələrin güclənməsi məqsədi ilə təşkil etdiyimiz ofis ziyarətimizin bugünkü ünvanı “BF Group” şirkəti olub. Şirkətin rəhbəri Fizuli Bayramov partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək fəaliyyətləri və məhsulları haqqında məlumat verib. Daha sonra şirkət rəhbərləri fəaliyyətləri haqqında məlumat verərək bir-birilərilə yaxından tanış olublar. Görüşün davamında Fizuli bəy bizi şirkətin və istehsalat sahəsinə dəvət edərək PVC aksesuarları, pəncərə profilləri və müxtəlif tipli ağcaqanad torlarının emalı və montajı prosesi ilə yaxından tanış etdi.

Qeyd edək ki, “BF Group” 2005-ci ildə PVC aksesuarların topdan satışı üzərinə qurulmuşdur. Şirkət hal hazırda da alçipan, aluminyum və PVC vidaların, pəncərə üçün nəzərdə tutulan ağcaqanad torlarının , aluminyum, şüşə balkon profil və aksesuarların istehsalını və satışını həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Aquastyle
Qanun Mühasibatlıq
AEM Elektron
Başak Supply
Pro Con İzo
Baku Stone Factory
Brandex
S-Enna
Net Elektrik
VMR Tekstil
Rif Ofis Mebeli