Business Breakfast “Pxali Xinkali” – 28.07.2023

Bugün “Pxali Xinkali” restoranında təşkil etdiyimiz Business Breakfast görüşü ilə şirkətlər arasında daha sıx əməkdaşlıqlar qurmağı hədəflədik. Bir-birilərini yaxından tanımaq və şirkətlər haqqında məlumat mübadiləsi aparmaq məqsədi ilə bir araya gələn partnyorlarımız görüşdə fəal iştirak etdilər.

Görüşün davamında partnyorumuz “Sat Group” şirkətinin həmtəsisçisi Azad Qəhrəmanov şirkətin xidmətləri, marketinq və idarəetmə yönümlü təlimlər haqqında məlumat verdi. Təqdimat çərçivəsində Azad bəy “Satış komandasının qurulması” mövzusunda partnyorlarımızı maarifləndirdi. Daha sonra partnyorların mövzu barədə verdikləri sualları cavablandırdı. Bununla yanaşı avqust ayında “Marsol Karyera və İnkişaf Mərkəzi” və “Shane Academy”nin birgə təşkilatçılığı ilə Portuqaliyanın paytaxtı Lisabon şəhərində baş tutacaq “Biznes Kamp” barədə məlumat verildi.

Görüşdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev də partnyorlarla həmsöhbət olub və onların suallarını cavablandırıb.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

İştirak edən şirkətlər:

Sarp Systems
Bravotech
FFF+N
Orvita
Şəms Tərcümə
Sat Group
Nömrə 1 Tədris Mərkəzi
Hanoğlu Baklava
Grow Audit
Odero
Shane Academy
Çağdaş Türk (qonaq)
Kartpak
Modern Hospital
Birgə və Sağlam
Sumqayıt Ticarət Mərkəzi
Mobil Group
DMA
Garanti Group
OfficePro
Design Street Company
All Plast
Strix
Ecolife